İyunun 2-də Lənkəranda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə cənub bölgəsində turizm sahəsində çalışan işçilər üçün kurslara başlanılıb. 8 gün davam edəcək təlim kurslarına Astara, Lənkəran, Lerik, Masallı və Yardımlıdan olan mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları qatılıb.
Türkiyədən dəvət olunmuş mütəxəssislər tərəfindən keçirilən təlim kursları əsasən dörd sahəni: mehmanxana idarəçiliyini, qeyd-qəbul işinin təşkilini, masa xidmətinin təşkilini, xidmətçilərin təlimi və xidmətçilik ixtisaslarını əhatə edir.
Təlim kurslarının sonunda iştirakçılara sertifikatlar veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB