""Elm haqqında" Azərbaycan Respublikasının qanun layihəsi Milli Məclisin plenar iclasında ikinci oxunuşdan müzakirə edildikdən sonra deputatların və bu sahəyə ayrılan qurumların fikirləri, mülahizələri və təklifləri diqqətlə nəzərdən keçirilib. Bugünkü elmin inkişafına kömək edən və mətndə təkrarçılığa yol verilməyən yeni müddalar "Elm haqqında" qanun layihəsinə daxil edilib".
Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib.
İsa Həbibbəyli vurğulayıb ki, layihə artıq büğün ekspertizalardan keçərək elmi inkişaf etdirmək üçün həmiyyətli bir sənəd halına çatdırılmışdır: "Düşünürəm ki, bu qanun elmimizin inkişafına, həmçinin, elm adamlarımızın sosial rifah halının yüksəlməsinə öz müsbət töhfəsini verəcək, eyni zamanda onların elmi intektual potensialın cəmiyyət quruculuğuna yönəldilməsində yeni imkanlar açacaqdır".
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB