171 çoxmərtəbəli binaya qaz verilib

171 çoxmərtəbəli binaya qaz verilib

"Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, görülən işlərin nəticəsidir ki, birlik 2016-cı ilin yanvar-may aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 171 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 6522 ailə yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə