Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində 2015-2016-cı tədirs ili üzrə yaz semestri imtahanlarının növbəti mərhələsi keçirilib. İmtahana bir müddət öncə Universitetdə yaradılan "UNEC İctimai Nəzarət Şurası" üzvləri nəzarə edib.
Qeyd edək ki, "UNEC İctimai Nəzarət Şurası"nda "XXI Əsr" Təhsil Mərkəzi İB-nin rəhbəri, koordinator Etibar Əliyev, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, elm və təhsil verilişləri departamentinin direktoru Zaur Mahmudov, "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, "Trend" İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev, Parlament Jurnalistləri Birliyinin sədri, "Modern" Media Qrupunun baş direktoru Elşad Eyvazlı və "525-ci qəzet"in müxbiri Sevinc Qarayeva təmsil olunurlar.
Şuranın əsas işi sessiyanın monitorinqini aparmaq, nəticələri qiymətləndirməkdir. İctimaiyyət nümayəndələri, valideynlər, KİV və qeyri-hökümət təşkilatlarının nümayəndələri şikayət və təkliflərini, onları narahat edən sualları yalnız Şuraya ünvanlaya bilər. Daxil olan müraciətlər mütəxəssislər tərəfindən şəffaf araşdırılaraq, operativ və qısa zaman ərzində tədbirlərin görülməsi təmin ediləcək. Bu məqsədlə Apellyasiya
Komissiyasının işinə nəzarəti də Şura həyata keçirəcək.İmtahan dövründə universitetin Qaynar xətt xidmətinin (146-1-3) fəaliyyəti də şuraya həvalə edilib. Şura üzvləri imtahanlara nəzarəti UNEC-in bütün tədris binalarında sərbəst, heç bir maneə olmadan aparacaq. İmtahan sessiyası ilə bağlı informasiyalar da Şuranın icazəsi olmadan yayılmayacaq.
Universitetin əsas binasında keçirilən imtahanda Maliyyə və mühasibat fakültəsinin Azərbaycan və rus bölməsi üzrə 150-ə yaxın tələbəsi iştirak edib. Təqdim olunan 50 sualı cavablandırmaq üşün tələbələrə 1 saat 20 dəqiqə vaxt verilib. 1 və 4 kurs tələbələrinin iştirak etdiyi imtahana hər qrup üzrə 1məsul şəxs, 1 nəzarətçi, 1 tütor və 1 dekan müavini nəzarət edib. Tələbələrin işini asanlaşdırmaq üşün imtahanın sualları öncədən universitetin saytında yerləşdirilib.
Universitetin digər korpusunda təşkil edilən imtahanda isə 150 tələbə iştirak edib. İmtahanın gedişini hər qrup üzrə 3 nəzarətçi və dekanlar izləyib.
İmtahanda yalnız 25 faiz davamiyyəti olmayan tələbələrin iştirakına icazə verilməyib.
"Trend" İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyevin dediyinə görə, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması üçün "UNEC İctimai Nəzarət Şurası" nın yaradılması çox müsbət bir haldır: "Düşünürəm ki, bu pilot layihə kimi digər ali təhsil müəssisələrində də tətbiq olunmalıdır. Bu ictimaiyyətdə yaranan neqativ fikirlərin qarşısını alar. Şura üzvləri tanınmış ictimaiyyət nümayəndələri və mediya rəhbərləridir. Onlar tərəfindən imtahanların təşkili, keçirilməsi və nəticələr barədə ictimaiyyətə doğru, düzgün məlumat çatdırılacaq. Obyektivlik tam təmin olunacaq".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov isə bildirib ki, "UNEC İctimai Nəzarət Şurası" nın təşkili Azərbaycan təhsili üçün bir yenilikdir: "Burada əsas məqsəd sessiyanın monitorinqini aparmaq, nəticələri qiymətləndirmək və ictimaiyyət nümayəndələrini, valideynləri, KİV və qeyri-hökümət təşkilatlarının nümayəndələrinin şikayət və təkliflərini dinləmək, cavablandırmaqdır. Təhsilin qarşısında iki əsas məsələ durur biliyin ötürülməsi və ən vacibi biliyin qiymətləndirilməsi. Biliyin qiymətləndirilməsi vacib və çox ziddiyətli bir məsələdir. Qiymətləndirmədə nöqsanlara yol verilməsi haqda fikirlər hər zaman mövcuddur. Ancaq "UNEC İctimai Nəzarət Şurası" bütün bu söz-söhbətlərə son qoya bilər. Mən Şuranın yaradılmasını müsbət qiymətləndirirəm". Ş.Əsgərov deyib ki, Azərbaycan Dövlət İqtisad Universitetində sessiya imtahanlarının təşkili və ümumilikdə imtahan prosesi yüksək səviyyədə təşkil olunub: "Mən bu gün Şura üzvləri ilə birgə imtahan prosesini izlədim. Ümumi vəziyyət məni qane etdi. Tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün şərait yaradılıb".
"Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev isə bildirib ki, imtahan prosesi zamanı heç bir neqativ halla qarşılaşmayıb.
İctimai Şuranın imtahanlara nəzarət ediyi vaxt 146-1-3 qaynar xəttə 5 müraciət daxil olub. Onların heç biri imtahanla bağlı deyil.
Məlumat üçün bildirək ki, Şüra üzvləri həmçinin universitetin nəzdində fəaliyyət göstərən Maliiyə İqtisad kolleçində keçeriləcək imtahanlara da nəzarə edəcək.
Sevinc QARAYEVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB