"Güllərin dili", "Yay", "Bayram", "Eden dənizində qızılgüllər", "Bəslənən arzu" və digər tabloların müəllifi, meksikalı rəssam Margarita Moralesin əsərləri müxtəlifliyi ilə fərqlənir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rəssamın yaradıcılığının formalaşmasında ənənəvi Meksika mədəniyyəti ilə yanaşı, müasir incəsənətin müxtəlif üslubları da rol oynayıb. Margarita Moralesin əsərləri indiyə kimi öz vətəni ilə yanaşı, ABŞ, Almaniya, İspaniya və dünyanın bir çox digər ölkələrinin muzey və qalereyalarında sərgilənib. Rəssamın Bakıda da bir neçə dəfə sərgisi təşkil olunsa da, paytaxtdan kənarda bu, bir ilkdir. "Rənglərin simfoniyası" adlı sərgidə fırça ustasının 25 əl işi nümayiş olunub.
Qeyd edək ki, sərgi iyunun 7-ə kimi davam edəcək.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB