Bu ilin ilk 4 ayı ərzində Şəmkirdə 507-si oğlan, 493-çü qız olmaqla 1000 uşaq dünyaya gəlib. Bununla da rayon əhalisinin sayı 210 min 298 nəfərə çatıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, iyunun 1-də 6 qız və 9 oğlan uşağının dünyaya gəlməsi ilə bu say bir qədər də artıb. Rayonda inşa ediləcək Mərkəzi Xəstəxananın Doğum evinin müasir tələblər səviyyəsində fəaliyyəti isə dünyaya gələcək körpələrə bütün lazımı tibbi yardımların göstərilməsinə imkan verəcək. Qeydiyyat şöbəsi tərəfindən yeni doğulanlara yerindəcə şəhadətnamələrin təqdim edilməsi isə valideynlər tərəfindən məmnunluqla qarşılanıb.
Samuxda isə dünyaya göz açan 11 körpənin valideynləri rayon qeydiyyat şöbəsi tərəfindən şəhadətnamələrin verilməsinə sevinib. 2016-cı ilin yanvar-may aylarında rayonda doğulan 81 körpənin yarıdan çoxunu oğlanlar təşkil edib. Onların da hamısı şəhadətnamələrlə təmin olunub. Ədliyyə nazirliyi tərəfindən doğum evlərində həyata keçirilən bu layihəni müsbət qarşılayan valideynlər və rayon fəalları bunu dövlətin uşaqların hərtərəfli təminatına yönələn siyasəti kimi qiymətləndirib.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB