Vaqon şöbəsinin rəisi: “İstismar müddətini keçmiş 500 vaqon əsaslı təmir olunacaq” AÇIQLAMA

Vaqon şöbəsinin rəisi: “İstismar müddətini keçmiş 500 vaqon əsaslı təmir olunacaq” AÇIQLAMA

"Rusiya Federasiyasının "Uralvaqonzavod" Elmi-İstehsal Korporasiyasından 3100 müxtəlif təmayüllü yük vaqonu alınaraq ölkəmizə gətirilib. Bunun 600-ü çən vaqonudur". Bunu SİA-ya açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Yükdaşımaları Departamentinin rəhbərinin müavini, Vaqon şöbəsinin rəisi Bəşir Əsədov deyib.

O qeyd edib ki, Bakı Vaqon Təmiri Zavodunda istismar müddəti bitmiş çən vaqonlarının istismar müddəti artırılaraq əsaslı təmirinə başlanılıb: "Hazırda 15 ədəd vaqon istismar müddəti artırmaqla əsaslı təmir olunub. Sözügedən vaqonların istismar müdddəti 5 il artırılıb. Gələcəkdə istismar müddətini keçmiş daha 500 çən vaqonunun əsaslı təmir olunması planlaşdırılır".

Vaqon şöbəsinin rəisi bildirib ki, istismar müddəti bitmiş vaqonların hərəkətinə qadağa qoyulduğunda, hər təmir olunub istismar müddəti artırılan vaqonların hərəkəti ölkə iqtisadiyyatının inkişafına təkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə