Məşhurların uşaqlarına bayram təbriki FOTOLAR

Məşhurların uşaqlarına bayram təbriki FOTOLAR

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tanınmış müğənnilər və aparıcılar övladlarının fotolarını paylaşaraq təbriklərini yazıblar. tanınmış simaların övladları haqda yazdıqlarını bir araya toplayıb:

Əməkdar artist Röya Ayxan: "Yer üzündə olan bütün uşaqları təbrik edirəm. Oğlum Hüseynin simasında hamısına uğur, uzun ömür, can sağlığı diləyirəm. Allah heç vaxt onları sınaqdan keçirməsin. Bayramınız mübarək, bizim gələcəyimiz olan varlıqlar".



ATV-nin aparıcısı Lalə Azərtaş: "Öz mələklərimin simasında bütün balacalarımızı təbrik edirəm. Allahım, balalarımızı qoru. Olmayanlara da yaxın zamanda bala dadı daddır. Kimsəsiz uşaq qalmasın. Xoşbəxt olun balalar".



Müğənni Gülay Zeynallı: "Balam Sahilənin simasında bütün uşaqların bayramı mübarək. Allah hamısının bəxtini, taleyini gözəl etsin. Sizləri öpürəm, bizim gələcəyimiz".



Müğənni Elvin Abdullayev: "Bütün uşaqları, eləcə də öz balam Tuncayı təbrik edirəm. Hər biri layiqli övlad olsun, sağlam şəkildə böyüsünlər. Arzu edirəm ki, vətənə layiqli olsunlar. Bayramınız mübarək olsun".



Aparıcı Aytəkin Mərdanova: "1 İyun bütün balalarımızın günüdür. Fərid və Nərgiz, gününüz mübarək".



Aşıq Samirə Əliyeva: "Arzu edirəm ki, biz valideynlər övladlarımızın sağlam, savadlı, xoşbəxt böyüməsinə nail olaq. Nə yaxşı ki, varsınız. Allah hər bir evə bala payı versin".



Müğənni Xatirə İslam: "Allah bütün balaları saxlasın, içində də mənim Emilimi. O, mənə Allahın ən böyük, gözəl hədiyyəsidir. Ona görə Allahıma gündə milyon dəfə təşəkkür edirəm".



Aparıcı Vüsalə Əlizadə: "Bütün dünya uşaqlarının sülh, əmin-amanlıq içində, xoşbəxt yaşamalarını istəyirəm. Uşaqlar dünyadır, çalışaq bu aləm gözəl olsun. Mənim qızım Dilək seçilmiş, xoşbəxt uşaqdır. Çünki o böyük sevgi ilə dünyaya gəlib, onun üçün bir ananın edə biləcəyi fədakarlığı ilk gündən etmişəm. Hər zaman canımı da verməyə hazıram".

axşam.az

Bütün xəbərlər Facebook səhifəmizdə