Azərbaycan Prezidenti İlham Əliyev "Gömrük tarifi haqqında" və "Sosial sığorta haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunların tətbiq edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, dəyişikliklərə əsasən, Azərbaycanda sənaye parkları rezidentləri tərəfindən malların idxalı 2016-cı il mayın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad edilir.
Eləcə də "Sosial sığorta haqqında" qanuna edilən dəyişikliklərə əsasən, 2016-cı il mayın 1-dən 5 il müddətinə mütləq sosial sığorta ödənişlərindən azad edilir.
Hazırda Azərbaycanda sənaye parkları rezidentlərinin ümumi sayı 12-yə çatır (Sumqayıtda - 7, Balaxanıda - 4, qaradağ rayonunda 1).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB