Uşaqlar Suraxanıda da sevindilər FOTOLAR

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib
Uşaqlar Suraxanıda da sevindilər FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatında Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə rayon təşkilatının sədri Vüqar Seyidov, Mili Məclisin deputatı Sevinc Fətəliyeva , Suraxanı rayon İcra Hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarov, YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva və digərləri çıxış edərək uşaqları bayram münasibəti ilə təbrik ediblər.

Bildirilib ki, ölkəmizdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü geniş şəkildə qeyd olunur. Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində mühüm işlər həyata keçirilib. Uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Ölkəmizdə uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Tədbirdə vurğulanıb ki, Azərbaycanda uşaqların hərtərəfli inkişafı istiqamətində aparılan siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir.

Sonra uşaqların ifasında çıxışlar və musiqi nömrələri təqdim olunub.

Qeyd edək ki, tədbir YAP Suraxanı rayon təşkilatı və qurumun Qadınlar Şurası tərəfindən həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə