Narkotik vasitə və psixotrop maddələrin siyahısı artırıldı SƏRƏNCAM

Narkotik vasitə və psixotrop maddələrin siyahısı artırıldı SƏRƏNCAM

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2016-cı il 17 may tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Qanunun "I siyahı. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr" bölməsində aşağıdakı dəyişikliklər edilir:

- "I. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr" fəslinin 97-ci maddəsi ləğv edilir və həmin fəslə aşağıdakı məzmunda 104-113-cü maddələr əlavə edilir:

"104. AH-7921

105. AM-2201

106. 5F-AKB-48

107. JWH-015

108. JWH-018

109. JWH-122

110. JWH-210

111. Oripavin (3-O-dimetiltebain)

112. UR-144 (fenil sianid 2,4,6-triizopropil)

113. Propiram (N-(1-metil-2-piperidinoetil)-N-2-piridilpropionamid).";

- "II. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr" fəslinə isə aşağıdakı məzmunda 46-52-ci maddələr əlavə edilir:

"46. 25B-NBOMe (2C-B-NBOMe)

47. BZP-N-benzilpiperazin

48. 25C-NBOMe (2C-C-NBOMe)

49. 25I-NBOMe (2C-I-NBOMe)

50. MDPV-3,4-metilendioksipirovaleron

51. mefedron (4-metilmetkatinon)

52. metilon (beta-keto-MDMA)".

Bütün xəbərlər Facebook səhifəmizdə