Bakı metrosunda 1iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı metropolitençilərin uşaqlarının rəsm sərgisi təşkil olunub. SİA-nın məluamtına görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, rəsm çəkmək bacarığı olan uşaqların əsərləri metronun 6 stansiyasında məhz onların bayramı günü nümayiş olunur. "Sahil", "Memar Əcəmi", "Elmlər Akademiyası", "Gənclik", "Nəriman Nərimanov" və "Qara Qarayev" metro stansiyalarında ümumilikdə 9 rəsm əsəri ilə tanış olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB