Gəncədə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib. Gəncə şəhər Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzində baş tutan tədbirdə balacalar birlikdə əyləniblər.
Bu gün eyni zamanda Gəncədə yerləşən kinoteatrda uşaqlar üçün pulsuz film də nümayiş olunub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, fərqli geyimlər, istedadlı uşaqlar, bir-birindən maraqlı çıxışlar... Gəncə şəhər Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzində keçirilən tədbir maraqlı görüntülərə səhnə olub. Balacaların rəngarəng çıxışları izləyənlərin alqışlarını qazanıb. Şənlikdə İncəsənət mərkəzinin kollektivi ilə yanaşı, şəhərdə fəaliyyət göstərən uşaq bağçalarının rəqs dərnəkləri və Gəncə şəhər Uşaq Evinin kollektivi iştirak edib. Uşaqlar milli və xarici rəqsləri böyük məharətlə ifa ediblər. Balacalar Yaradıcılıq və İncəsənət Mərkəzinin həyətində öz rəngli dünyalarının əks olunduğu müxtəlif rəsmlər çəkiblər. Tədbirin qonaqları Gəncə şəhər Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzində təhsil alan balaca Tuqayın fərdi rəsm sərgisinə də qatılıblar. Gəncədə yerləşən kinoteatrda isə uşaqlar üçün Türkiyə istehsalı olan "Çılğın kamp" filmi nümayiş etdirilib. Ekran əsərində uşaqların macəra dolu düşərgə həyatı əks olunub.
Qeyd edək ki, 2015-ci ildə lentə alınan film komediya janrında çəkilib. Ekran əsərinin davamı olaraq "Çılğın kamp 2"-nin də lentə alınması planlaşdırılır. Azərbaycan və Türkiyənin birgə istehsalı olacaq filmdə rol alacaq uşaqlar "Çılğın kamp" filmini izləməyə gələnlər arasından seçiləcək.
.jpg)
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB