"Azərbaycanda Multikulturalizm ənənələrinin tarixi çox qədimdir və ənənə bu gün də qorunub saxlanılır. Respublikamızda Multikulturalizmə verilən dəyərlər dünyaya örnək olacaq istiqamətdə inkişaf edir. Bunun üçün də Azərbaycanı dünyada Multikulturalizmin mərkəzi hesab etmək olar". SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu fikirlər Gəncə Dövlət Universitetində Bakı Slavyan Universitetinin Azərbaycan Multikulturalizm kafedrasının bir qrup müəllim və tələbələrinin iştirak etdiyi konfrans da səslənib. "Müasir mərhələdə Azərbaycanda multikultural dəyərlər" adlı keçirilən elmi praktiki konfransda Respublikamızda yalnız Bakı Slavyan Universitetində olan bu kafedranın Gəncə Dövlət Universiteti ilə əlaqələrin qurulması, tələbələrin bir-birini tanıması və inkişaf etdirilməsinə əsaslanır. Konfransda "Azərbaycan multikultural siyasətində dil məsələsi", "Multikulturalizmdə Azərbaycan məfkurəsi" mövzularında məruzələr də dinlənilib. Azərbaycanda yaşayan bütün etnik xalqların dilinin, dininin qorunduğu və Respublikamızda olan 400-ə yaxın orta ümümtəhsil məktəblərində xırda millətlərin uşaqlarına öz dillərində dərslər keçirildiyi də önə çəkilib. Bu konfrans da ali təhsil ocaqlarında Multikulturalizm dəyərlərinin daha da inkişaf etdirlməsinə yönəlib.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB