Son günlər ölkə ərazisində havaların qeyri sabit keçməsi, xüsusən də qərb bölgəsində əsən güclü küləklər Gəncənin bəzi ərazilərində yaşlı və qurumuş ağacları aşırıb.
Aşan ağacların fəsadlara yol açması isə şübhəsizdir. Bəs təhlükə doğuran belə ağaclar niyə vaxtında zərərsizləşdirilmir?
SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, son 3 gün ərzində Gəncədə əsən güclü küləklər, şəhərin 6 müxtəlif ərazisində ağacları aşıraraq müxtəlif fəsadlar törədib. Arxada da gördüyünüz kimi hazırda müvafiq idarələr tərəfindən aşmış ağaclar kəsilərək ərazilərdən təmizlənir. 50-60 yaşı olan belə ağacların yaratdığı təhlükə nədənsə, adiyyatı qurumları hadisə baş verəndən sonra düşündürür. Əgər belə olmasaydı ağaclar aşaraq fəsad yaratmadan kəsilərək götürülərdi.
Bu prosesin həyata keçirilməsi üçün isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbələrinin icazəsi mütləqdir Bəli, proses uzun olsa da təhlükəsizlik baxımından əməl etməkdən başqa çıxış yolu qalmır. Ancaq bir məsələ var ki, bu müddət ərzində nə küləyin əsməyəcəyinə, nə də ağacın aşmayacağına heç kəs zəmanət vermir. Çünki, mütəxəssislərin də bildirdiyi kimi ağacların əksəriyyəti ötən əsrin 70 ci illərində əkildiyindən, demək olar kı ömürlərini başa vurublar. Bu müddət ərzində 25-in sayının atrmayacağı və yenə küləyin o ağacları aşırmayacağını demək olmasa da ümid edək ki, görülən tədbirlər daha az fəsadlara gətirib çıxaracaq.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB