Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının qərargahında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Elm və Təhsil departamenti tərəfindən Azərbaycanın xalq artisti, aktyoru Nurəddin Mehdixanlı ilə gənclərin görüşü təşkil olunub. SİA-nın məlumatına görə, ilk öncə tədbirin moderatoru Əzizə Nəcəfova tədbiri açıq elan etdi və açılış nitqi üçün sözü ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdiyevə verdi. Şəmsi Gülverdiyevin çıxışı və aktyorun nitqindən sonra onun sənəti haqqında gənclərdə zəngin təsəvvür yaranmış oldu. Aktyor çəkildiyi filmlər zamanı yadda qalan ən mühüm hadisələrdən bəhs edib.
Nurəddin Mehdixanlı Azərbaycan dilinin gözəlliyindən, milli adət-ənənələrimizdən, tariximizdən geniş bəhs edərək gənclərə öz milli mənsubiyyətinə hər zaman sadiq qalmağı və dünyanın istənilən məkanında öz biliyi, mədəniyyəti, tarixi ilə Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə edib. Daha sonra Nurəddin bəy auditoriyadakı iştirakçıların suallarını cavablandırıb. Aktyorun öz yazdığı şeiri səsləndirməsi ilə tədbir sona çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB