"1 iyun- Uşaqlaın Beynəlxalq Müdafiəsi günü" münasibətilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) həyata keçirdiyi tədbirlər planına əsasən Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində rəsm müsabiqəsi və əl işlərindən ibarət sərgi təşkil olunub. SİA-nın məlumatına görə, tədbirin rəsmi hissəsində BŞGİBİ-nin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov uşaqları salamlayıb, onlara işlərində və gələcək həyatlarında uğurlar arzulayıb.
Sərgidə uşaqların yağlı və sulu boyalarda çəkilmiş rəsm əsərləri, qrafika, heykəltəraşlıq nümunələri, bəzək əşyaları, rəngli kağızlardan düzəldilən aplikasiyalar və ekibanolardan ibarət əsərlər nümayiş etdirilib.
Uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra rəsm müsabiqəsinin qalibləri idarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Sonda xatirə şəkili çəkilib.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB