Gənclər “Onların kimsəsi bizik!” dedilər FOTO

Gənclər “Onların kimsəsi bizik!” dedilər FOTO

Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisi "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə "Onların kimsəsi bizik!" adlı xeyriyyə tədbiri təşkil edib. Mərkəzdən SİA-ya verilən məlumata görə, Gəncə Uşaq Evində baş tutan tədbirin əsas məqsədi valideyn himayəsində məhrum olmuş uşaqlara diqqət və qayğı nümayiş etdirmək, onlarla birgə bayram sevincini paylaşmaq olub.

Ofisin rəhbəri Aygün Həsənzadə çıxış edərək bildirmişdir ki, bu cür tədbirlər yalnız 1 iyun ərəfəsində deyil, mütəmadi olaraq tərəfimizdən keçirilir. "Onların kimsəsi bizik!" şüarı da təsadüfi seçilməyib. Çünki biz onları özümüzə doğma sayır və hər an yanlarında olduğumuzu hiss etdiririk.

Xeyriyyəçi xanım Ziyafət Bayramova ilə birgə təşkil edilən tədbirdə açılış nitqləri söyləndikdən sonra, uşaqların ifasında musiqilər dinlənilmiş, hazırladıqları səhnələr nümayiş etdirilib.

Tədbirdə bayram süfrəsi təşkil olunmuş və uşaqlara hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə