Bakı Beynəlxalq Tələbə Klubu Respublika günü maraqlı bir layihəni həyata keçirib. BAMF-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, klub əcnəbi gənclərlə birlikdə Azərbaycanın ən qədim tarixi məkanlarından biri olan Lahıcda Azərbaycanın Respublika gününü qeyd edib. 20 müxtəlif ölkənin 60-dan çox əcnəbi gəncinin qatıldığı səfərdə Azərbaycanın şərqdə ilk demokratik Respublika olması və nəinki şərqdə dünyada qadınlara səsvermə hüququnu verən ilk ölkələrdən biri olması haqqında ətraflı məlumat verilib. Layihə çərçivəsində "Azərbaycanın mənim tərcümeyi halımda yeri" adlı yazı müsabiqəsi də təşkil olunub. Müsabiqənin qalibləri ilə görüş və mükafatlandırma da nəzərdə tutulur. Lahic səfərində iştirak edən Gənclər Fondunun ştrateji planlaşdırma sektorunun müdiri Vüsalə Niftəliyeva ve Bakı Beynəlxalq Tələbə Klubunun rəhbəri Ayseba Umutlu layihənin vacibliyi haqqında səfər iştirakçılarına geniş məlumat veriblər. Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Bakı Beynəlxalq Tələbə Klubu Respublika günü maraqlı bir layihəni həyata keçirib. Klub əcnəbi gənclərlə birlikdə Azərbaycanın ən qədim tarixi məkanlarından biri olan Lahıcda Azərbaycanın Respublika gününü qeyd edib. 20 müxtəlif ölkənin 60-dan çox əcnəbi gəncinin qatıldığı səfərdə Azərbaycanın şərqdə ilk demokratik Respublika olması və nəinki şərqdə dünyada qadınlara səsvermə hüququnu verən ilk ölkələrdən biri olması haqqında ətraflı məlumat verilib. Layihə çərçivəsində "Azərbaycanın mənim tərcümeyi halımda yeri" adlı yazı müsabiqəsi də təşkil olunub. Müsabiqənin qalibləri ilə görüş və mükafatlandırma da nəzərdə tutulur. Lahic səfərində iştirak edən Gənclər Fondunun ştrateji planlaşdırma sektorunun müdiri Vüsalə Niftəliyeva ve Bakı Beynəlxalq Tələbə Klubunun rəhbəri Ayseba Umutlu layihənin vacibliyi haqqında səfər iştirakçılarına geniş məlumat veriblər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB