Rasim Balayev gənclərlə görüşüb

Rasim Balayev gənclərlə görüşüb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Mədəniyyət İşçi Qrupu tərəfindən Azərbaycanın xalq artisti, "Şöhrət " ordeni laureatı , Prezident təqaüdçüsü, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş katibi, dublyaj aktyoru, bədii rəhbər Rasim Balayevlə gənclərin görüşü keçirilib. SİA-nın məlumatına görə, ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdiyev görüşün əhəmiyyətindən bəhs edib, görüşün ittifaq və gənclər tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

"Babək", "Nəsimi" , "Cavid ömrü" kimi tariximizi əks etdirən filmlərin baş qəhrəmanı olmuş aktyor müstəqillik günümüz ərəfəsində keçirilən bu görüşdə vətənpərvərlik hissinin vacibliyini qeyd edib. Rasim Balayev aktyorluq sənətindən və həyat təcrübəsindən, səhnəarxası maraqlı yadda qalan hadisələrdən söhbət açıb. Xalq artisti gənclərin çoxsaylı suallarını cavablandırıb və sonda xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə