Əfqanıstanın TŞ-nin katibi Azərbaycana minnətdarlığını bildirib

Əfqanıstanın TŞ-nin katibi Azərbaycana minnətdarlığını bildirib

Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi Azərbaycan hərbçilərinin sülhyaratma missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib. Bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyində ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikası Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında münasibətlərin inkişaf etməsində iki ölkə rəhbərinin mühüm rol oynadığı, hərbi sahədə əlaqələrin uğurla davam etdiyi və geniş imkanlara malik olduğu vurğulanıb.

Əfqanıstan nümayəndə heyəti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginlik və atəşkəsin pozulması səbəbləri barədə də ətraflı məlumatlandırılıb.

Mohammad Xanif Atmar Azərbaycan və Əfqanıstanın hər zaman beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiklərini xüsusi vurğulayaraq, müxtəlif sahələrdə Əfqanıstana göstərilən köməyə, eləcə də Azərbaycan hərbçilərinin sülhyaratma missiyasına verdiyi töhfəyə görə minnətdarlığını ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə