Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir. SİA-nın verdiyi xəbərə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 1-də Ağdaş rayonunda Mingəçevir şəhərinin, Ağdaş və Yevlax rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Natiq Əfəndiyev.
Telefon: (050) 211-68-89, e-mail: [email protected].
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB