"Euronews" telekanalı yeni yaratdığı "Açıqcalar" silsiləsinin ilk buraxılışına Azərbaycandan başlayıb. SİA-nın verdiyi xəbərə görə, rubrika müasir Azərbaycanın simvoluna çevrilən Alov Qüllələrinə həsr olunub.
"Euronews"un müxbiri Simus Kerni kanalın yeni rubrikasını məhz bu sözlərlə təqdim edir: ""Azərbaycandan açıqca: Bakının Alov Qüllələri". Bizim yeni silsiləmiz "Açıqcalar", səmaya yüksələn heyranedici binaları olan Azərbaycanın paytaxtından başlayır".
O, Avropa tamaşaçısının diqqətinə çatdırır ki, Alov Qüllələri Bakı şəhərinin ən hündür binalarıdır. Bu 3 qüllə Bakı buxtası və İçərişəhərdən aydın görünür.
Müəllif həmçinin, bildirib ki, qüllələrin adı və dizaynı ölkənin tarixi ilə bağlıdır: "Yerdən çıxan təbii qazın alovlandığı Odlar Yurdu. 2013-cü ildə açılışı olan Alov Qüllələri otel, mənzil, ofislər üçün istifadə olunur və ən hündürü 38 mərtəbəlidir. Bu binalardan ətrafa heyranedici mənzərələr açılır. Günəş batan kimi 10 mindən artıq LED işıqlar binanın üzərində möhtəşəm şou nümayiş etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB