Bərdədə Heydər Əliyev Mərkəzində Respublika günü ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçılarından bir qrupu öncə respublikamızın dövlət müstəqilliyinin dönməzliyinin təminatçısı Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül –çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. SİA-nın məlumatına görə, tədbiri açan rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev müstəqilliyimizin qurulması, qorunması və möhkəmləndirilməsində atılan uğurlu addımlardan, inkişafımızın sürət və vüsətinin təmin edilməsində Ulu öndər Heydər Əliyevin nurlu ideyalarından və onun sadiq varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən danışıb.
Tədbirdə iştirak edən Dövlət idarəçilik və hüquq elmləri üzrə fəlsəfə doktoru, professor, Ukraynada yaşayan bərdəli Arif Quliyev çıxış edərək Azərbaycan dövlətinin xarici siyasətindən, Ukrayna –Azərbaycan əlaqələrindən, xarici siyasətdə əldə edilən uğurlardan danışıb.
Sonda şəhər 2 saylı Uşaq musiqi məktəbinin şagirdlərinin hazırladıqları kompozisiya nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB