Bilik Fondu balaca oxucuları öz yazarları ilə “İmzalı görüş”dürdü FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun başlıca missiyası maarifçilikdir. Bu yönümdə həyata keçirilən layihələrdən biri də "İmzalı görüş" layihəsidir.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında yazar Sevinc Nuruqızı ilə balaca oxucuların "İmzalı görüş"ü keçirilib. Bilik Fondunun İnformasiya təminatı sektorundan SİA-ya verilən məlumata görə, əvvəlcə kitabxananın müdiri Şəhla Qəmbərova tədbir iştirakçılarını salamlayıb, onlara kitabxananın tarixi, uşaq ədəbiyyatı ilə bağlı ətraflı məlumat verib, S.Nuruqızının yaradıcılığı haqqında danışıb.
Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova Fondun balacalarla birgə həyata keçirdiyi layihələrdən söz açıb, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "İmzalı görüş" ün məhz bu kitabxanada keçirilməsinin önəmini vurğulayıb.
Məktəbliləri daim mütaliəyə, dünya görüşlərinin inkişafı üçün öz üzərlərində çalışmağa çağıran Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı uşaq ədəbiyyatının onların sonrakı inkişafında, ədəbi zövqünün cilalanmasında roluna toxunub.
Sonra Sevinc Nuruqızı balaca oxucuları ilə baş-başa buraxılıb.
Balacalara öz nağıllarını, şeirlərini oxuyan yazar, uşaqlara xarici uşaq ədəbiyyatı barədə də maraqlı məlumatlar verib, Oxucular S.Nuruqızına nağıllar, uşaq yazarları və uşaq ədəbiyyatı barədə müxtəlif suallar veriblər.
Sonda Bilik Fondu S.Nuruqızının imzalı kitablarını balaca kitab sevərlərə hədiyyə edib.
Artıq Fondun "İmzalı görüş" layihəsi çərçivəsində yazıçılar Aqil Abbas, Rəşad Məcid, Çingiz Abdullayevlə oxucuların görüşü keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB