"2007-ci ildən etibarən Gürcüstan vətəndaşlarının Azərbaycana miqrasiya halları bir qədər artıb". SİA-nın xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin baş inspektoru Süleyman Əsgərov deyib.
Gürcüstan vətəndaşlarının Azərbaycanda müvəqqəti yaşama hüquqları ilə təmin edildiyini deyən S. Əsgərov söyləyib ki, ən azı 5 il müddətində Azərbaycanda daimi yaşayan Gürcüstan vətəndaşları vətəndaşlıq almaq üçün sənədlərini təqdim edirlər: "Gürcüstan vətəndaşlarının Azərbaycanda qohumları çoxdur. Məhz bu amil onların ölkəmizin miqrasiyasına təsir edən amillər sırasındadır. Son vaxtlar Rusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistanda yaşayan şəxslər də Azərbaycan vətəndaşlığına qəbul olmaq üçün çoxsaylı müraciət edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB