"Azərbaycana gələn əcnəbilər adətən olduğu yer üzrə qeydiyyata alınmadıqda, iş icazəsi almadan çalışdıqda cərimə edilirlər". SİA-nın xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya siyasəti və Hüquqi təminat baş idarəsinin, Miqrasiya siyasəti idarəsinin baş inspektoru Vaqif Mansurov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, miqrasiya qanunvericiliyinin pozulma halları əsasən əcnəbi tələbələr arasında qeydə alınır: "Adətən oxumağa gələn əcnəbi tələbələr restoranlarda və ya tikinti sahəsində çalışır. Belə olan halda isə onlara qarşı cərimə tətbiq olunur".
MX-in Miqrasiya proseslərini tənzimlənmə baş idarəsinin Əmək miqrasiyasının tənzimlənməsi idarəsinin iş icazələrinin verilməsi şöbəsinin inspektoru Zaur Hacıyev isə deyib ki, Azərbaycana əcnəbilər əsasən İran, Türkiyə, Rusiya və Gürcüstandan gəlir: "Həmin ölkələrin vətəndaşları əsasən tikinti sektorunda çalışmağa maraq göstərir. Bu sahəyə olan maraq digər sahələrlə müqayisədə 50 faiz çoxdur. Eyni zamanda, əcnəbilər Azərbaycana neft, emal sənayesi və satış sahəsində çalışmaq üçün gəlirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB