Yunanıstan - Azərbaycan Gənclər Mərkəzinin rəhbəri BAMF-da olub FOTOLAR

Yunanıstan - Azərbaycan Gənclər Mərkəzinin rəhbəri BAMF-da olub FOTOLAR

Bakıya səfəri çərçivəsində Yunanıstan - Azərbaycan Gənclər Mərkəzinin rəhbəri İoannes Papaqriqoriu Beynəlxalq Avrasiya Mətbuat Fondunu ziyarət edib. BAMF-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Fondun sədri Umud Mirzəyevlə ilə görüşdə yunanlı qonaq Bakı ilə Afina arasında sosial, vətəndaş cəmiyyəti təmsilçiləri və gənclər siyasəti sahəsində əlaqələrin daha inkişaf etdirilməsi imkanları haqqında məlumat verib.

Öz növbəsində BAMF-ın sədri Umud Mirzəyev bildirib ki, Yunanıstan-Azərbaycan tərəfdaşlığı, dostluq münasibətləri həmişə normal olmalıdır. Azərbaycan üçün Avropa Birliyi əsas ticarət tərəfdaşıdır. Onun sözlərinə görə, bu gün Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 60 faizi Avropa Birliyinin payına düşür: "Yunanıstan da Avropa Birliyinin üzvüdür. Yunanıstanla əməkdaşlıq eyni zamanda Avropa Birliyi ilə aparılan əməkdaşlıq çərçivəsində həyata keçirilir."

Umud Mirzəyevin sözlərinə görə, Yunanıstan Azərbaycan üçün spesifik ölkələrdən biridir. Yunanıstanla Azərbaycan arasında enerji sahəsində ciddi əməkdaşlıq var. Üstəlik Azərbaycan Yunanıstanın turizm, o cümlədən investisiya qoyuluşunun həyata keçirilməsi sahəsində əməkdaşlıq etdiyi ölkələrdən biridir.

Görüşdə hər iki beynəlxalq vətəndaş cəmiyyəti təmsilçisi arasında əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə