Mərdan Camalov “Şöhrət” ordeni ilə təltif edildi SƏRƏNCAM

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Talıb oğlu Camalov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif edilib. SİA Mərdan Camalovun həyat yolunu qısa olaraq oxucularının diqqətinə çatdırır.

Mərdan Talıb oğlu Camalov 27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya, 1983-1988-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakultəsini bitirib.

M.T.Camalov əmək fəaliyyətinə 1978-ci ildə Sabirabad rayon Ağacanlı kənd məktəbində müəllim, 1981-1989-cu illərdə Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər, usta, növbə ustası, böyük usta, sex rəisi, rəis, 1989-1993-cü illərdə Azərittifaqın Əli bayramlı şəhər İstehlak Cəmiyyətində rəis, sədr, 1993-1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru, 1995-1996-cı ildə "Azəriqaz" Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996-2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2005-ci il tarixli 756 saylı Sərəncamı ilə Əli Bayramlı (Şirvan) şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

1997-ci ildən YAP-ın üzvüdür. Ailəlidir, 4 övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə