“Qarabağ” kulubuna millət vəkilindən təbriklər

“Qarabağ” kulubuna millət vəkilindən təbriklər

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev "Qarabağ" futbol klubunu Azərbaycan kubokunu qazanması münasibətilə təbrik edib. SİA-nın redaksiyasına göndərilən təbrik məktubunun mətnində deyilir: ""Qarabağ" öz tarixində 4-cü dəfə ölkə kubokunu qazandı. Bu il "Qarabağ" eyni zamanda 2-ci dəfə qızıl dubl edərək ölkə çempionluğunu da qazanmışdır. Əldə olunmuş bu naliyyətlərə görə kulub rəhbərliyini, məşqçi heyyətini, komandanın bütün üzvülərini təbrik edir, növbəti mövsümdə ölkə çempionatında, Avropa Çempionlar Liqasında, Avrokubok yaraşılarında uğurlar diləyirəm. "Qarabağ" kulubu təkcə futbolla deyil eyni zamanda bu adla Qarabağı, Azərbaycanı Avropada eləcə də bütün dünyada tanıtmaq təbliğ etmək sahəsində böyük işlər görür. Çempionlar liqasında, Avrokubok yaraşılarında "Qarabağ" ın göstərdiyi əzimkar, yüksək səviyyəli oyunlar çoxmilyonlu Azərbaycan azərkeşlərini həmişə sevindirmiş və qürurlandırmışdır. İnanıram ki, bu komonda növbəti mövsümdə də Azərbaycanı, Qarabağ adını yüksək səviyyədə təmsil edəcək və yaraşılarda uğurlar qazanacaq.

Bu ilin aprel ayının əvvəllərində Azərbaycan ordusunun Qarabağ torpaqları uğrunda döyüşlərdə əldə etdiyi qələbə estafetinin "Qarabağ" FK tərəfindən uğurla davam etdiriləcəyinə inanıram. Bu yolda "Qarabağ" FK-na uğurlar olsun deyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə