Bu yolda nişanlar sürücüləri çaş-baş salır

Bu yolda nişanlar sürücüləri çaş-baş salır

Sürücülər yol nişanlarının bir-birini təkzib etdiyini deyir, yol polisi isə onların haqlı cərimələndiyini iddia edir. Söhbət paytaxtın Nərimanov rayonu Təbriz küçəsindən gedir. Burada yaşayan sürücülərin artıq bir neçəsinə bununla bağlı cərimə protokolu da tərtib edilib.

Yola həm qırıq-qırıq xətt çəkilib, həmdə düzünə hərəkət nişanı qoyulub. Ərazidə olan yaşayış binalarına daxil olmaq üçün sola dönən sürücülər isə bu yolda cərimələnirlər.

Paytaxtın Nərimanov rayonu Təbriz küçəsi 105/35 nömrəli yaşayış binalarında yaşıyan sakinlər qanunsuz cərimə olunmalarını iddia edirlər. Ərazidə quraşdırılmış nəzarət kamerası də məhz yalnız üfiqi istiqamətdə hərəkət tələbini əsas götürərək cərimələri qeydə alıb.

Sürücülər həmçinin bildirirlər ki, sonradan qoyulan nişanlar onları nəyinki çaş-baş salır, həmdə işlərini çətinləşdirir. Sakinlərin sözlərinə görə,binanların həyətinə başqa yoldan girmək mümkün deyil.

Ekspert Ərşad Hüseynov deyir ki, əgər nişanlar bir birinə ziddiyyət təşkil edirsə onlardan biri ləğv edilməli və çaşqınlıq yaradan məqam aradan qaldırılmalıdır.

Məsələ ilə bağlı əraziyə baxış keçirən Bakı şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov yolda heç bir qanun pozuntusunun olmadığını , bununla belə sürücülərin şikayətlərinin araşdırılacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə