Suraxanı məktəbliləri Bakıxanovun 222-ci ildönümünü qeyd edir FOTOLAR

Suraxanı məktəbliləri Bakıxanovun 222-ci ildönümünü qeyd edir FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Suraxanı rayonundakı 226 nömrəli məktəbdə Azərbaycan mütəfəkkiri və tərcüməçisi Abbasqulu ağa Bakıxanovun anadan olmasının 222-ci ildönümü ilə əlaqədar "Böyük maarifçi Bakıxanov" mövzusunda tədbir keçirib. Bilik Fondunundan SİA-ya verilən məlumata görə, tədbirdə 226 nömrəli məktəbin direktoru Qardaşxan Səlimov, 114 nömrəli məktəbin direktoru Ceyran Novruzova, Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, baş məsləhətçi Ramilə Qurbanlı, Suraxanı üzrə nümayəndə Elmira İsmayılova, Suraxanı məktəbliləri və müəllimləri iştirak ediblər.

Fondun nümayəndəsi, Suraxanı rayon 275 nömrəli tam orta məktəbin direktoru E.İsmayılova tədbiri açaraq Bilik Fondunun iki il ərzində həyata keçirdiyi maarifləndirici layihələr və bu sahədə məktəblilərin payı barədə geniş danışıb.
Bakıxanovun maarifçilik fəaliyyətindən bəhs edən X.Hüseynova böyük mütəfəkkirin yaradıcılığına həsr olunmuş inşa müsabiqəsində iştirak edən bütün məktəblilərə təşəkkürünü bildirib, qaliblərə Bilik Fondunun diplomlarını təqdim edib.

Tədbir çərçivəsində həmçinin Xaqan Balayevin Bakıxanovun həyat və yaradıcılığı ilə bağlı mühazirəsi dinlənilib. X.Balayev məktəblilərə böyük alimin həyat yolu və bədii-publisistik irsi barədə ətraflı məlumat verib. İnteraktiv formada keçən mühazirədə məktəblilər onları maraqlandıran suallara cavab alıblar.
Sonra məktəblilər Bakıxanovun doğulduğu Əmircan qəsəbəsindəki heykəli önünə çiçək dəstələri düzüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə