"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində həyata keçirdiyi "İmtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin hüquq və azadlıqlarının müdafiəsi" adlı layihənin təqdimatını keçirdi.

İctimai Birliyin sədri Tahir Xudiyev bildirdi ki, həyata keçirlən layihənin əsas məqsədi imtiyazlı məhbusların özlərinin və onların ailə üzvlərinin hüquqlarının müdafiə olunmasından, həmçinin onların ailə üzvlərinin sosial problemlərinin həllinə nail olmaqla insan hüquq və azadlıqlarının qorunmasından ibarətdir. Tahir Xudiyev onu da qeyd etdi ki, məhbusların həyata adaptasiyasına hələ Cəzaçəkmə Müəssisələrindən başlamaq lazımdır, "İmtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin hüquq və azadlıqlarının müdafiəsi" layihəsini də bu sahədə Penitensiar Xidmətin işinə bir növ dəstək sayırıq. Belə ki, imtiyazlı məhbuslar həm CÇM-larda olarkən, həm də azadlığa çıxdıqdan sonra mənəvi dəstək gördükcə bir daha cinayət törətməməyə çalışırlar. Fikrimizcə, bunu da onların həyata adaptasiya olunmalarına, eləcə də hüquq-mühafizə orqanlarının da işinə kömək saymaq olar.
Tahir Xudiyev onu da bildirdi ki, bu yaxınlarda Almaniyanın Frankfurt şəhərində Federal Kansler xanım Angela Merkelin açıq elan etdiyi Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının 49-cu İllik Toplantısında iştirak etmişdir.

Toplantıda iştirak edən KİV nümayəndələri və digər ölkələrin səlahiyyətli nümayəndələri ilə görüşlər zamanı "Beyəlxalq Əlillər Cəmiyyəti"nin fəaliyyəti barədə verilən sualları cavablandıraraq 2008-ci ildən fəaliyyət göstərən İB-in əlilliyi olan insanlara, eləcə də Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən imtiyazlı məhbuslaraın özlərinə və onların ailə üzvlərinin sosial, tibbi problemlərinin həllində daima köməklik göstərdiyindən, ictimai vəkillik etdiyindən, əlilliyi olan uşaqların fərdi və inkluziv təhsili ilə bağlı layihələr həyata keçirdiyindən danışmışdır. Bu məlumatlar onlarda böyük maraq oyatmış, İctimai Birliyin imtiyazlı məhbusların problemləri ilə bağlı həyata keçirdiyi layihəni isə, demək olar ki, analoqu olmayan bir layihə hesab etmişlər.

Penitensiar Xidmətin Baş İdarəsi Tərbiyə İşinin Təşkili İdarəsinin inspektoru, mayor Qaçay Musayev çıxışında 2011-ci ildən qarşılıqlı əməkdaşlıq edilən "Beynəlxaq Əlillər Cəmiyyəti" İctimai Birliyinin imtiyazlı məhbuslarla apardıqları işi yüksək qiymətləndirmiş, bu layihənin də həyata keçirilməsində onlara uğurlar arzulamışdır.
.jpg)
Tədbirdə çıxış edənlər- "Erməni Təcavüzünün Tanıdılması" İB-in sədri, yazıçı-publisist, Qarabağ veteranı Səriyyə Cəfərova, İB-in hərbi işlər üzrə sədr müavini, 2-ci qrup Qarabağ əlili, təqaüddə olan polkovnik Nazir Hüseynov, İB-in hüquqşünası, Qarabağ veteranı, təqaüddə olan mayor Kamal Quliyev, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktor müavini Fizulu Kərimov və başqaları da bu layihənin mahiyyətinin böyüklüyündən, İB-in bu sahədə gördükləri işlərin vacibliyindən danışdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB