Hərbi qulluqçuların müraciətlərinə baxılma müddəti artırılır

Hərbi qulluqçuların müraciətlərinə baxılma müddəti artırılır

Azərbaycanda hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə baxılması müddəti artırılır. SİA-nın xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında "Hərbi qulluqçuların statusu haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.

Dəyişiklik layihəsinə əsasən, hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinin daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılması nəzərdə tutulur.

Xatırladaq ki, hazırda qanunvericilikdə bu müddət 15 gün göstərilir.

Sonda dəyişiklik layihəsi parlamentin mayın 31-də keçiriləcək son plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə