Sayımız 9 milyon 730 min 500 nəfər olub

Sayımız 9 milyon 730 min 500 nəfər olub

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 24,9 min nəfər və ya 0,3 faiz artaraq bu il aprelin 1-nə 9 milyon 730 min 500 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən bildiriblər ki, əhalinin sıxlığı bir kvadratkilometrə 112 nəfər olub.

Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhərin, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi qadınların payına düşür. Hazırda hər min kişiyə 1007 nəfər qadın düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə