Dünya dövlətlərinin rəhbərləri 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təbrik məktubu göndərməkdə davam edirlər. SİA həmin məktublardan bir neçəsini dərc edir:
İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə
Əlahəzrət,
Əziz Qardaşım,
İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Argentina Respublikasının Prezidenti Zati-aliləri cənab Maurisio Makriyə
Hörmətli cənab Prezident,
Argentina Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Argentina xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvilidən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi milli bayramınız - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Bu gözəl gündə xatırlamaq xoşdur ki, Azərbaycan xalqı uğurlu və müstəqil dövlət qurmaq yolunda böyük çətinlikləri dəf edib. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, bu gün biz Azərbaycanın firavan ölkə olduğunun və beynəlxalq arenada layiqli yer tutduğunun şahidiyik. Strateji əməkdaşlığımızı nəzərə alaraq, əmin olduğumu bildirirəm ki, Gürcüstan ilə Azərbaycan arasındakı tarixi dostluq münasibətləri və sıx əməkdaşlıq ölkələrimiz və xalqlarımız naminə birgə səylərimiz nəticəsində gələcəkdə daha da dərinləşəcək.
Bu xoş fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.
Zati-aliləri, Sizə bir daha öz dərin ehtiramımı ifadə edir və qardaş Azərbaycan xalqına sülh, sabitlik, rifah arzulayıram.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız – Respublika Günü münasibətilə Sizi Belarus xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Belarus Azərbaycanın etibarlı dostudur və ikitərəfli strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcək.
Əminəm ki, Belarus və Azərbaycan xalqları arasında münasibətlərin potensialının reallaşdırılması qarşılıqlı siyasi və iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə möhkəmlətməyə, iqtisadiyyatlarımızın gələcək inkişafı, beynəlxalq arenada dost ölkələrimizin rolunun artırılmasına xidmət edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyirəm.
Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevnelievdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Xahiş edirəm, Azərbaycanın milli bayramı - 28 May Respublika Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Bu gözəl fürsətdən istifadə edərək, ötən illərdə nail olduğumuz və xalqlarımızın ortaq maraqlarına xidmət edən əməkdaşlığımızın, dinamik inkişafın və yüksək əlaqələrimizin gələcəkdə də davam etdiriləcəyinə əminliyimi ifadə etmək istərdim.
Azərbaycan xalqına sülh və əmin-amanlıq, Sizə möhkəm cansağlığı və uğurlar arzu edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ölkənizin daha da firavanlaşmasını ürəkdən arzulayıram.
Bu xoş fürsətdən istifadə edib, əmin olduğumu bildirirəm ki, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri ölkələrimizin rifahı naminə daha da inkişaf edəcək.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul edin.
Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçicdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli cənab Prezident,
Serbiya Respublikasının Hökuməti adından və şəxsən öz adımdan Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bir müddət əvvəl çox böyük qonaqpərvərliklə qarşılandığım ölkənizin hərtərəfli inkişafı naminə ən gözəl arzularımı çatdırmaqdan şərəf duyuram.
Ali diqqətinizə çatdırıram ki, Serbiya ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsində qərarlıyıq. Əminəm ki, dövlətlərin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərinə uyğun olaraq Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gələcəkdə də inkişafı və möhkəmləndirilməsi naminə birgə səylərimizi göstərəcəyik.
Bu xoş fürsətdən istifadə edərək, cənab Prezident, bir daha ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB