Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Respublikası İctimai Səhiyyə və İslahatlar Mərkəzi birgə əməkdaşlıq çərçivəsində 2016-cı il Avropa Gənclər Paytaxtı – Gəncə şəhərində "Sağlam Gələcək" kampaniyasına start verdi.
Mərkəzdən SİA-ya verilən məlumata görə, kampaniya çərçivəsində Gəncə Dövlət Universiteti, Gəncə Dövlət Aqrar Universiteti, Gəncə Tibb Kollecində gənclərə cinsəl sağlamlıq, erkən nikah və məişət zorakılığının profilaktikasına dair maarifləndirmə seminarları həyata keçirilib. Görüşlər zamanı, erkən nikah və məişət zorakılığının mənfi təsirlərini, narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarxlar izlənilib, gənclərə mövzu üzrə hazırlanmış maarifləndirmə materialları paylanıldıqdan sonra maraqlı suallar ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin təşkilatçısı Gənclər üçün Təhsil Mərkəzinin Gəncə regional ofisinin baş katibi Murad Məmmədli kampaniyanın əhəmiyyəti, ölkəmizdə həyata keçirilən gənclər və ictimai səhiyyə siyasəti barədə məlumat verib. Bildirib ki, gənclərin sağlamlığının qorunması müasir dövrün aktual məsələsi olduğu üçün bu işə xüsusi diqqət yetirilməli, müvafiq qurumlar gənclərlə sözügedən istiqamətdə birgə əməkdaşlıq etməlidirlər və yaxın günlərdə bu silsilədə tədbirlər bütün qərb regionunda həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB