Kərəm Həsənovun qəbulunun tarixi dəyişdirilib

Kərəm Həsənovun qəbulunun tarixi dəyişdirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin Yardımlı rayonunda keçiriləcək növbəti vətəndaş qəbulunun vaxtı dəyişdirilərək 26 may tarixinə keçirilib. Komitədən SİA-y verilən məlumata görə, qəbulda yalnız Yardımlı, Cəlilabad, Masallı və Biləsuvar rayonlarından olan vətəndaşlar müraciət edə bilər. Vətəndaş qəbulunda müstəsna olaraq komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq. Qəbul Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi:

Cəlilabad rayonu üzrə - (02524) 5 54 76

Yardımlı rayonu üzrə - (02520) 6 24 93

Masallı rayonu üzrə - (02521) 5 48 67

Biləsuvar rayonu üzrə - (02529) 5 15 01

Bütün xəbərlər Facebook səhifəmizdə