AZALJET-in Bakı və Sankt-Peterburq arasındakı reyslərində ikiqat millər
Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Sankt-Peterburqa və əks istiqamətdəki reyslərdə yeni aksiyaya start verdiyini elan edir. Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sözügedən marşrut üzrə uçuşlara iyunun 1-dənavqustun 1-dək aviabilet alan AZAL Miles proqram iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.
AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: https://www.azal.az/az/azal-miles/miles-programme
Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az
Yay "Şimali Palmiraya" - Sankt-Peterburqu bəzən belə adlandırılar - səyahət etmək üçün ilin ən yaxşı vaxtı hesab olunur.İyunun əvvəllərində, "bəyaz gecələr" mövsümündə o,daha əzəmətli görünür. Bu dövr mədəni hadisələr və maraqlı turistik proqramlarla zəngin olan bir dövrdür. Məhziyunda Rusiyanın "Şimal Paytaxtında" əfsanəvi Deep Purple hard-rok qrupunun solo konserti gözlənilir.
Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:
(+99412) 598-88-80; *8880. E-mail: [email protected]
AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected]email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB