Azad Rəhimov: “İdmançılarımız üçün Zika virusu ilə bağlı xüsusi çantalar hazırlanacaq”. AÇIQLAMA

Azad Rəhimov: “İdmançılarımız üçün Zika virusu ilə bağlı xüsusi çantalar hazırlanacaq”. AÇIQLAMA

"Azərbaycan idmançıları Olimpiya Oyunlarında artıq 56-dan çox lisenziya qazanıblar. Qarşıdakı yarışları nəzərə alaraq, hesablamalarımıza görə, lizenziyalarımızın sayı 60-61-ə çatacaq". Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

O qeyd edib ki, Rio Olimpiadasında milli komandamızın bayraqdarının kimliyi hələ ki, dəqiqləşdirilməyib: "Bayraqdarımız həmişə tanınmış, böyük nailiyyətlər qazanmış idmançılarımızdan biri olur. Budəfəki bayraqdarımız hələ ki, müəyyənləşdirilməyib. Son qərarı dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev verəcək".

Nazir millimizlə yanaşı, bütün idman camiəmizin Rio Olimpiya Oyunlarına ciddi cəhdlə hazırlaşdığını vurğulayıb: "İdmançılarımın hazılıq prosesləri çox ciddi və yüksək şəkildə davam etdirilir. Biz dopinq məslələrini diqqətdə saxlayırıq. Bildiriniz kimi, Braziliyada Zika virusu yayılıb. "Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu"nda bununla bağlı işlər aparılır və olimpiadada iştirak edəcək idmançılarımız üçün Zika virusu ilə bağlı xüsusi çantalar hazırlanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə