Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun Ağsu şəhərində Göyçay, Şamaxı, Qobustan və Kürdəmir rayonlarında yaşayan vətəndaşlarla 27 may 2016-cı il tarixində nəzərdə tutulmuş görüşü cari ilin 3 iyun tarixinə dəyişdirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş saat 10:00-da Uşaq Yaradıcılıq Mərkəzində (ünvan: Ağsu şəhəri, M.Rəsulzadə 174) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt"i ilə əlaqə saxlamaları, həmçinin 6 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Göyçay şəhəri, Rauf İsayev küçəsi 42) müraciət etmələri (əlaqə telefonları: 020-274-35-15, 055-455-41-21, 050-668-29-31) xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB