Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) nəzdində Diplomatiya İşçi Qrupu tərəfindən həyata keçirilən "Diplomatik Analiz" layihəsi çərçivəsində gənc politoloq Zaur Məmmədovla görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Z.Bjezinskinin siyasi görüşləri, Müasir beynəlxalq münasibətlər nəzəriyyəsi, Dünya güclərinin xarici siyasəti, ABŞ və Rusiya arasında dünyaya ağalıq mübarizəsi, Müasir dünya düzəni və digər mövzular üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, İşçi Qrup bundan öncə sözü gedən layihə çərçivəsində politoloq Elşad Mirbəşirli ilə tələbələrin görüşünü təşkil təşkil etmiş, bu görüşdə "İslam və terrorizm, İŞİD", "İslamafobiya və xristian terror təşkilatları" "Günümüzdə olan terror aktlarının siyasi təhlili və analizi" kimi mövzular ətrafında müzakirələr aparılıb.
ATGTİ-nin Diplomatiya İşçi Qrupunun rəhbəri Raya Əliyevanın sözlərinə görə layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrdə dünyada baş verən proseslərin təhlili və özünüifadə keyfiyyətlərinin formalaşdırılması, yeni fikirlərin aşılanmasından ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB