Dünya liderləri İlham Əliyevi təbrik edir

Dünya liderləri İlham Əliyevi təbrik edir

28 May - Respublika Günü münasibətilə dünyanın müxtəlif ölkələrinin rəhbərlərindən Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdədir. SİA həmin məktublardan bir neçəsini dərc edir:

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyndən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bizim sıx əlaqələrimiz ildən-ilə daha da güclənir. Biz bölgələrimizdə sülh və sabitliklə bağlı maraqlarımızı və fikirlərimizi bölüşürük. Biz mühüm milli məsələlərdə bir-birimizə dəstək olmuşuq və dəstək olmağa davam edəcəyik. Mən əminəm ki, bizim qarşılıqlı mənafelərimiz naminə bütün sahələrdə strateji əməkdaşlığımız daha da möhkəmlənəcək.

Mən Zati-alinizin cansağlığı və Azərbaycan xalqının rifah, tərəqqi və firavanlığı üçün dua edirəm.

Zati-aliləri, mənim dərin hörmətimi və xoş arzularımı qəbul edin.

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram və qarşıdan gələn ildə Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram.

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktumdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırır, Zati-alinizin müdrik rəhbərliyi altında dost və qardaş xalqınıza davamlı tərəqqi və yüksək rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək Sizə böyük hörmət və ehtiramımı ifadə edirəm.

Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırır, müdrik rəhbərliyinizlə dost və qardaş ölkənizə davamlı tərəqqi, yüksək rifah arzulayıram.

Cənab Prezident, Sizə böyük hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Cənab Prezident, Birləşmiş Ərəb Əmirlikləri xalqının milli bayramınız münasibətilə böyük fərəh hissi keçirdiyini Azərbaycan xalqına çatdırmağınızı rica edirəm.

Əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımı ifadə edirəm.

Malayziyanın XIV Kralı Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişahandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını öz adımdan və Kraliça adından səmimi qəlbdən təbrik edirəm.

Əminik ki, Sizin rəhbərliyiniz ilə Azərbaycan Respublikası uğurlu inkişafını davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə