Yeni xəstəxana binası tikiləcək FOTOLAR

Yeni xəstəxana binası tikiləcək FOTOLAR

Prezident İlham Əliyevin Goranboy rayon Mərkəzi Xəstəxanasının yeni binasının tikilməsinə maliyyə vəsaiti ayrılması barədə sərəncamı rayon sakinlərini sevindirib. Yaxın günlərdə inşasına başlanılacaq yeni binada isə xəstələrin tez bir müddətdə şəfa tapması üçün hər bir şərait yaradılacaq.

Uçub tökülən divarlar, təmirsiz dəhlizlər və palatalar, gigiyenik qaydalara cavab verməyən müayinə otaqları - Goranboy rayon Mərkəzi Xəstəxanasının bu günkü vəziyyəti belədir. 1991-ci ildən istifadəyə verilən bina 3 mərtəbəlidir. 13 şöbə və 170 çarpayılıq olan xəstəxananın hazırkı durumu isə əlbəttə ki, ən çox xəstələri narahat edir. Amma problem demək olar ki, artıq həllini tapıb. Ölkə prezidentinin sərəncamı ilə yeni ərazidə tikiləcək xəstəxana üçün ilkin olaraq 1 milyon manat pul ayrılıb. Tikinti üçün sənədləşmə işləri tam başa çatıb. Gələn ay səhiyyə ocağının inşasına başlanacaq. Yeni xəstəxananın fəaliyyət istiqamətləri də genişləndiriləcək. Bina təhvil verildikdən sonra rayonda olan 55 hemodializ xəstəsi də burada müalicə ala biləcək. Layihəyə görə yeni tikiləcək xəstəxana gələn ilin sonuna kimi təhvil verilməlidir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə