“Qarabağnamə” layihəsinin icrasına başlanılıb

“Qarabağnamə” layihəsinin icrasına başlanılıb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nəzdində fəaliyyət göstərən Qarabağ Mərkəzi məktəblərdə "Qarabağnamə" şagirdlərarası intellektual yarışı adlı layihənin icrasına başlayıb. SİA-nın məlumatına görə, yarışlarda komandalara bölünmüş məktəblilər üçün Qarabağ mövzusunda səslənən sualları səsləndirilir.

ATGTİ-nin Qarabağ Mərkəzinin rəhbəri İmaməddin Kərimovun sözlərinə görə layihə çərçivəsində ilk yarış 13 may tarixində E.Şəmiyev adına 149 №-li tam orta məktəb keçirilib.

Bir neçə məktəbin şagirdləri arasında keçirilməsi planlaşdırılan intellektual yarışın sonunda qaliblər diplomla təltif olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə