Gənc müəllimlər arasında bilik yarışı keçirilib FOTOLAR

Gənc müəllimlər arasında bilik yarışı keçirilib FOTOLAR

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "28 May - Respublika günü"nə həsr olunmuş Xəzər rayonunun tam orta ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında bilik yarışması keçirilib. SİA-nın məlumatına görə, yarışdan öncə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və Baş İdarənin əməkdaşı Samir Kazımov iştirakçıları qarşıdan gələn "28 May - Respublika günü" münasibətilə təbrik edərək, uğurlar arzulayıblar.

Gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışında I yeri 149 nömrəli tam orta məktəb, II yeri 136 nömrəli tam orta məktəb, III yeri isə 206 nömrəli tam orta məktəbin komandası tutub.

Qalib komandalar Baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə