Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsas tərkib hissəsi perspektivli gənclərin dünyanın qabaqcıl elm ocaqlarında təhsil almasıdır. Dövlətimizin dayanıqlı inkişafı üçün gənclərin daim dövlətçiliyə, inkişafa töhfə verməsi vacib şərtlərindəndir. Rusiyanın, həmçinin dünyanın ayrı-ayrı məşhur unversitetlərində təhsil alan gənclər dövlətçiliyimizin inkşafında və möhkəmlənməsində mühüm rola malikdirlər.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) Rusiyada yaşayan və təhsil alan gənclərin birləşməsində, təşkilatlanmasında, elm, təhsil, yaradıcılıq sahələrində, habelə ictimai təşəbbüslərin reallaşdırılmasında fəaliyyəti əvəzsizdir.

Bu günlərdə Rusiyada səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Leyla Əliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnsititunun rəhbərliyi və həmin İnsititunda təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirib. Görüş zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı müşayət edənlər arasında Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəal üzvləri Cavanşir Əliyev, Emin Hacıyev, Ceyhun Hüseynov və 24.02.1993-cü il tarixində hələ Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtmazdan öncədən şərəflə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Moskva Dövlət Unversitetinin magistırı Heydər Əliyev də olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyeva ilə ünsiyyət zamanı Moskva Dövlət Unversitetinin magistırı Heydər Əliyev Rusiya Azərbaycanlı Gənclər Birliyinin son dövlərdə gördüyü işlər barədə ümumi məlumat verərək Leyla xanımı müşayiət etməkdən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, Heydər Əliyev fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevaya Moskva Dövlət İqtisadi Humanitar Universitetinin "fəxri professor"u adı verilib.
Aynur Qəniyeva







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB