Azərbaycan Prezidenti Türkiyədə işgüzar səfərdədir

Azərbaycan Prezidenti Türkiyədə işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dünya Humanitar Sammitində iştirak etmək üçün mayın 22-də Türkiyə Respublikasına işgüzar səfərə gəliblər.

İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Bütün xəbərlər Facebook səhifəmizdə