“Tarixin canlı səhifələri” IV Gənclər festivalı keçiriləcək

“Tarixin canlı səhifələri” IV Gənclər festivalı keçiriləcək
Mayın 21-də saat 20.00-da Gənclər və İdman Nazirliyi tərəfindən Dövlət Sərhəd Xidməti və Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə Gəncə şəhərində "Tarixin canlı səhifələri" IV Gənclər festivalı keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbir Gəncə şəhəri "Yeni qızılca" ərazisində təşkil olunacaq. Festivalda gənclər və idman naziri Azad Rəhimov, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev, Milli Məclisin deputatları və digər rəsmilər iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə