SAM-ın Qazaxıstanda elmi-tətbiqi konfransı keçirilir FOTOLAR

SAM-ın Qazaxıstanda elmi-tətbiqi konfransı keçirilir FOTOLAR

20-21 May 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Asiya İnkişaf Bankı və Qazaxıstanın İqtisadiyyat Nazirliyinin İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən təşkil olun "Mərkəzi və Qərbi Asiyada inkluziv artım üçün yaxşı iş: Azərbaycan və Qazaxıstanda iqtisadi struktur transformasiyasi, əmək bazarı institutları, tənzimləmə çərçivələri və yaxşı iş yaradılması" mövzusunda elmi-tətbiqi konfrans keçirilir. SAM-dan SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov tədbiri salamlama nitqi ilə açıb.

Moderatorunun Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin olduğu "Tədqiqatın qısa xülasəsi - hökumətin yaxşı iş yaradılması sahəsində siyasəti" mövzusunda 1-ci sessiyanın məruzəçiləri ADB-nin Azərbaycandakı nümayəndəliyinin baş iqtisadçısı Nail Vəliyev, Mərkəzi və Qərbi Asiya Departamenti (ADB) aparıcı iqtisadçı Covanni Kapanelli "Mərkəzi və Qərbi Asiyada inkluziv artim üçün yaxşi iş: tədqiqatın qısa xülasəsi", Sosial və Miqrasiya Siyasəti Departamenti və İnstitusional İnkişaf mərkəzinin (Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi) direktor müavini Viktor Buss, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin müavini Ramin Danyarov "Azərbaycanda inkluziv artım və yaxşı iş üçün siyasət" mövzuları ilə çıxışlar ediblər.

2-ci sessiyanın məruzəçiləri Beynəlxalq Siyasi Elmlər İnstitutunun (Milan) elmi məsləhətçisi Alessandro Pio, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "İnkluziv artım üçün yaxşı iş - Siyasi gündəlik" mövzusunda çıxışlar ediblər. İkinci sessiyanın moderatoru Avropa Yenidənqurma və İnkişaf Bankının (Azərbaycan) rəhbəri Neyl Makkeyn olunub.

İki gün davam edəcək tədbirdə "Mərkəzi və Qərbi Asiyada əmək bazari institutlari, tənzimləmə çərçivələri", "Əmək və iqtisadi struktur transformasiyasi", "Kiçik və orta ölçülü müəssisələr və yaxşı iş" və "İş və əmək bazarı siyasəti" mövzularında müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Konfransda siyasətçilər, dövlət agentliklərinin rəsmiləri, vətəndaş cəmiyyəti, tədqiqat mərkəzləri, beyin mərkəzləri, Azərbaycan və Qazaxıstanın digər institutları da iştirak edir.

Tədbir zamanı iqtisadi struktur transformasiyası, əmək bazarı institutları, tənzimləmə çərçivələri, həmçinin də kiçik və orta müəssisələrin yaxşı işin yaradılmasındakı rolu (yaxşı gəlirli, məhsuldar, təhlükəsiz və inkluziv artıma töhfə verəcək işlər) kimi mühüm məsələlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə